Azərbaycanda foto ilə şantajın FACİƏVİ SONU  - intihar etdi
18 may 2022 15:44 (UTC +04:00)

Azərbaycanda foto ilə şantajın FACİƏVİ SONU - intihar etdi

Şəki sakinini intihara sövq edən həbs olunub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 8-i saat 22 radələrində Şəki rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.

Mayın 17-də S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

# 3612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar