Azərbaycanda məktəbli qız zorla ərə verilir? -  AÇIQLAMA
30 sentyabr 2022 17:00 (UTC +04:00)

Azərbaycanda məktəbli qız zorla ərə verilir? - AÇIQLAMA

Bərdə rayonunda 8-ci sinif şagirdi erkən evliliyə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 30-u Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.

Qeyd edək ki, Dövlət Komitəsinin əməkdaşı yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlayıb, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib.

Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır. 

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

# 1992
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda binada maşın saxlamağa görə dava düşdü

Bakıda binada maşın saxlamağa görə dava düşdü

7 dekabr 2022 , 03:28
İmişlidə qəza: Piyada xəstəxanada  öldü

İmişlidə qəza: Piyada xəstəxanada öldü

7 dekabr 2022 , 00:45
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

6 dekabr 2022 , 22:40
FHN Bakıdakı bu mağazanın  fəaliyyətini dayandırdı   - SƏBƏB

FHN Bakıdakı bu mağazanın fəaliyyətini dayandırdı - SƏBƏB

6 dekabr 2022 , 19:32
İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı:  Özünü görün harada asdı?

İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı: Özünü görün harada asdı?

6 dekabr 2022 , 19:27
Türkiyə parlamentində DAVA:  Yaralanan var  - VİDEO

Türkiyə parlamentində DAVA: Yaralanan var - VİDEO

6 dekabr 2022 , 19:18
Bakıda gəlinə hədə-qorxu gəlib  ZORLADILAR

Bakıda gəlinə hədə-qorxu gəlib ZORLADILAR

6 dekabr 2022 , 18:29
DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB

DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

6 dekabr 2022 , 18:15