Azərbaycanda polis FACİƏLİ  şəkildə öldü
10 oktyabr 2021 10:32 (UTC +04:00)

Azərbaycanda polis FACİƏLİ şəkildə öldü

Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşı elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, hadisə xidmətdən kənar baş verib: "Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətli xidmətdən kənar vaxtı elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Elektrik cərəyanı vurması nəticəsində ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır. 

Mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin".

# 8832
avatar

Mehman Nəbiyev

Oxşar yazılar