Azərbaycanda qanunsuz ağac kəsənləri hansı cəza gözləyir? -  VİDEOMÜRACİƏT
25 avqust 2021 17:52 (UTC +04:00)

Azərbaycanda qanunsuz ağac kəsənləri hansı cəza gözləyir? - VİDEOMÜRACİƏT

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu ağac kəsənlərin nə qədər cərimələnməsi ilə bağlıdır.

Ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir. "Təbiətin ağciyərləri" adlandırılan ağaclar təbiətdə oksigen balansının təmin olunmasında əsas rol oynayır. 

Görəsən, qanunsuz ağac kəsənləri hansı cəza gözləyir?

Rubrikamızın sualına Baş Prokurorluğun mətbuat xidməti aydınlıq gətirib. Bildirilib ki, meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər:

“Qanunsuz ağackəsmə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaratmaqla 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz ağac kəsintisi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!”.

Həmçinin bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti əhaliyə videomüraciət edib:

Baş Prokurorluq qanunsuz ağackəsmə ilə bağlı müraciət etdi

# 2016
avatar

Mehman Nəbiyev

Oxşar yazılar