Azərbaycanın "gov.az"  seqmentinə qarşı kiberhücumlar var - DTX rəis müavini
19 noyabr 2026 11:34 (UTC +04:00)

Azərbaycanın "gov.az" seqmentinə qarşı kiberhücumlar var - DTX rəis müavini

0

Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı da DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir.

Rəis müavini əlavə edib ki, son illərdə ölkələrin enerji infrastrukturları da irimiqyaslı kiberhücumlarla üzləşir: “Bu ilin oktyabrında Avropa ölkələrindən təkcə birində dövlətin rəqəmsal xidmətlərinə qarşı kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar