Beyləqanda maşın arxa aşdı - Ölən və yaralanan var
19 noyabr 2026 09:31 (UTC +04:00)

Beyləqanda maşın arxa aşdı - Ölən və yaralanan var

0

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə noyabrın 17-də saat 16 radələrində rayonun Bahar qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.

Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirərək su arxına aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 59 yaşlı Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar