Futbol klubunun prezidenti  iş adamını   güllələdi – 80 milyonluq  QALMAQAL  -  VİDEO
18 noyabr 2026 17:51 (UTC +04:00)

Futbol klubunun prezidenti iş adamını güllələdi – 80 milyonluq QALMAQAL - VİDEO

0

İstanbul şəhərində iş adamı işıqforun qırmızı işığında avtomobilində gözləyərkən silahlı hücuma məruz qalaraq öldürülüb. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 17-də saat 15:30-da İstanbulun Eyüpsultan rayonunun Alibeyköy məhəlləsində, Atatürk prospektində baş verib.

İş mərkəzinin sahibi, 40 yaşlı Ferhat Yamen avtomobili ilə işıqforda gözləyərkən naməlum şəxs ona yaxınlaşaraq atəş açıb. Bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alan iş adamı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə baxış zamanı 19 giliz aşkarlanıb. İstanbul polisinin təhlükəsizlik kameralarının görüntüləri əsasında apardığı araşdırma nəticəsində hücumun əsas şübhəlisinin “Alibeyköyspor” futbol klubunun prezidenti Halil F. olduğu müəyyən edilib.

İddialara görə, Ferhat Yamenlə klub prezidenti arasında təxminən 80 milyon lirə dəyərində mağazanın alqı-satqısı ilə bağlı mübahisə yaşanıb. Hadisədən sonra qaçaraq ərazidən uzaqlaşan Halil F.nin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar