TIR sürücüsü sükan arxasında yıxıldı, polis son anda müdaxilə etdi - TƏHLÜKƏLİ ANLAR
17 noyabr 2026 12:12 (UTC +04:00)

TIR sürücüsü sükan arxasında yıxıldı, polis son anda müdaxilə etdi - TƏHLÜKƏLİ ANLAR

0

Bakı-Qazax avtomagistralı üzərində yerləşən stasionar postda xidmət aparan YPX Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkətini müşahidə edib.

Lent.az xəbər verir ki, avtomobil nəzarətə götürülərək saxlanılıb.

Sükan arxasında olan əcnəbi sürücü ilkin ifadəsində səhhəti kəskin pisləşdiyi üçün yıxıldığını və halsızlıqdan avtomobili idarə etmək iqtidarında olmadığını bildirib.

Dərhal sürücüyə ilkin tibbi yardım göstərilib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Səhhəti normallaşan sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.  

Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar oxşar hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar