Azərbaycanlı qız əməliyyatdan sonra  öldü
06 mart 2026 16:10 (UTC +04:00)

Azərbaycanlı qız əməliyyatdan sonra öldü

0

Gürcüstanda azərbaycanlı qız əməliyyatdan sonra ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Tbilisidə yerləşən “Urologiya Mərkəzi”ndə qeydə alınıb.

Məlumata görə, xəstəxanada 23 yaşlı qıza sidik daşı xəstəliyi ilə bağlı lazerlə daşın parçalanması əməliyyatı aparılıb.

Zərərçəkən Alazovlar ailəsi bildirir ki, əməliyyatdan bir gün sonra onun vəziyyəti pisləşib və bir neçə gün sonra həyatını itirib.

Mərhumun yaxınları bildiriblər ki, əvvəlcə onlara əməliyyatın təhlükəli olmadığı və hər şeyin normal keçəcəyi deyilib. Onların sözlərinə görə, əməliyyatdan sonra klinika ilkin olaraq vəziyyətin yaxşı olduğunu bildirib. Lakin daha sonra xəstənin vəziyyəti qəfil ağırlaşıb və başqa xəstəxanaya köçürülüb.

Klinika rəhbəri bildirib ki, nadir rast gəlinən bu ağırlaşmanın dəqiq səbəbi hələ müəyyən edilməyib və hazırda ekspertiza rəyinin nəticələri gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1246

Oxşar yazılar