Azərbaycanlıları qeydiyyata saldığı üçün belə cəzalandırıldı
20 may 2025 09:23 (UTC +04:00)

Azərbaycanlıları qeydiyyata saldığı üçün belə cəzalandırıldı

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan vətəndaşlarını qeydiyyata salan sakin cəzalandırılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Salexard şəhərində baş verib. Məhkəmə xarici vətəndaşların qondarma qeydiyyatı işi üzrə yerli sakinə hökm çıxarıb. Rayon Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs Azərbaycan vətəndaşlarını yaşadıqları yer üzrə faktiki olaraq yaşayış üçün yararlı olmayan yaşayış binasında qeydiyyata alıb.

Yamalo-Nenets Muxtar Dairəsi prokurorluğunun Telegram-da yaydığı məlumatda deyilir: “Müəyyən edilib ki, həmin şəxs kommunal xidmətləri (su, qaz xətti, elektrik) olmayan fərdi evdə Azərbaycan Respublikası vətəndaşlarını qondarma qeydiyyata alıb”.

Məhkəmə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əmək haqqının beş faizi məbləğində dövlətin xeyrinə tutulmaqla məcburi əməklə əvəz edib. Hökm qanuni qüvvəyə minməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar