Bakı-Quba yolunda daha bir  AĞIR QƏZA:  3 nəfər...
23 iyun 2022 17:42 (UTC +04:00)

Bakı-Quba yolunda daha bir AĞIR QƏZA: 3 nəfər...

Bakı-Quba yolunda ağır qəza olub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 15:30-da yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb. Siyəzən rayon sakini 43 yaşlı hüseynov Ramin Əjdər oğlunun idarə etdiyi "VAZ-2104" markalı avtomobil Ucar rayon sakini 39 yaşlı Əliyev Sadiq Fikrət oğlunun idarə etdiyi "DONGFENG DFL 1250A" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2104"ün sürücüsü R. Hüseynov, sərnişinləri 69 yaşlı Abbasov Firudin Saməddin oğlu və 38 yaşlı Eldarov Əli Həsənbala oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar