Azərbaycanlı biznesmenlərdən rüşvət alan  daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 18:00 (UTC +04:00)

Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU

Sankt-Peterburqun Smolninski Məhkəməsi Leninqrad vilayətinin 87-ci polis idarəsinin rəisini rüşvət almaqda ittiham edərək həbs edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, vəkilin övladlarına baxmaq üçün onun ev dustaqlığına buraxılması tələbinə baxmayaraq, polis məmuru barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqın məlumatına görə, həmin şəxs 2020-ci ilin mayından 2024-cü ilin oktyabrına qədər əcnəbi vətəndaşları işə götürərkən immiqrasiya qanunlarını pozan sahibkarlardan rüşvət alıb.

Polis rəisi 10-da saxlanılıb. Saxlanılandan sonra o, günahını etiraf etməyib. Vəkili onun təqsirinin bütün sübutlarını uydurma adlandırır və qeyd edir ki, işdə dindirilən şahidlər onun adını çəkməyiblər.

İyulun 12-də o da bildirilib ki, Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsi Leninqrad vilayətinin Vsevolojsk rayonunun polis şöbəsinin rəisi Sergey Korotkovu həbs edib, o, ümumilikdə 4 milyon rubla yaxın rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, Sankt-Peterburqun Vsevolojsk rayonunun 4 polis şöbəsinin rəisləri azərbaycanlı iş adamlarından rüşvət aldıqları üçün saxlanılıblar. Onların evlərində və iş yerlərində axtarışlar aparılıb. Saxlanılan rəislərdən 3-ü barəsində həbs qətimkan tədbiri seçilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar