Siyəzəndə kişi evinin həyətində ölü tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Gilgilçay qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 40 yaşlı Əkbərov Elvin Əlikram oğlunun meyiti yaşadığı evin həyətində ailə üzvləri tapıb.
Mərhumun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.