Bakıda ağır qəza:   2 nəfər öldü, yaralananlar var - FOTO
30 mart 2024 02:28 (UTC +04:00)

Bakıda ağır qəza: 2 nəfər öldü, yaralananlar var - FOTO

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, daha sonra isə yük maşınına çırpılıb.

Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

# 2646
avatar

Oxşar yazılar