Avtobusla yük maşını TOQQUŞDU , 7 nəfər öldü
29 aprel 2024 02:51 (UTC +04:00)

Avtobusla yük maşını TOQQUŞDU, 7 nəfər öldü

Hindistanın Uttar Pradeş ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Lent.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

# 1512
avatar

Oxşar yazılar