Bakıda avtomobilin vurduğu piyada 6 gün sonra ölüb.
Lent.az xəbər verir ki, hadisə aprelin 29-da Yasamal rayonu Şərifzadə küçəsi "Cactus" restoranı yaxınlığında baş verib.
Yusifov Akif Xanqulu oğlu "KİA RİO" markalı avtomobillə yolu keçən 40 yaşlı Hacıyev Emin Qalib oğlunu vurub. Yaralı mayın 5-də yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölü.b
Faktla bağlı cinayət işi başlanıb.