Bakıda çimərlikdə naməlum qadın meyiti tapıldı -FOTO
01 sentyabr 2021 09:37 (UTC +04:00)

Bakıda çimərlikdə naməlum qadın meyiti tapıldı -FOTO

Bakının Xəzər rayonunda dənizin sahilində naməlum qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, meyit  Xəzər rayonunun Mərdəkan qəsəbəsində aşkar edilib. Çimərlik geyimində olan meyitin 25-26 yaşlarında bir qadına məxsus olduğu güman edilir.

Onun dənizdə boğulduğu ehtimal edilir.

Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və
070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

Tapılan qadın meyiti

 

# 13095
avatar

Mehman Nəbiyev

Oxşar yazılar