Bakıda gənc oğlan hamamda dəm qazından zəhərlənərək ölüb.
Lent.az xəbər verir ki, hadisə yanvaırın 21-də Yasamal rayonu M.Məmmədzadə küçəsində yerləşən evdə baş verib.
25 yaşlı Əhməd Əhmədzadə yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.