Bakıda kişi binadan yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Ə.Salamzadə küçəsində baş verib.
50 yaşlı Sahib Həsənov yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik bilinmir.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.