Bakıda qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb.
Gecə klubunda əylənən müştərilər arasında baş verən mübahisə davaya keçib.
Nəticədə 36 yaşlı H.Məcidov 32 yaşlı Emil Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.