Lənkəranda quş əti bazarında hazırda durğunluq müşahidə olunur. Satıcıların sözlərinə görə, bazarda əsas tələbat kənd toyuğu və çolpayaya yönəlib. Qaz, ördək və hinduşkaya maraq olsa da, bu məhsulların mövsümü hələ tam başlamayıb.
Satıcılar qiymətlərin ötən illə müqayisədə ciddi dəyişmədiyini, lakin alıcılıq qabiliyyətinin zəif olduğunu bildirirlər.
Gün ərzində bəzən cəmi 5-6 toyuq satılır, hətta bəzi günlər satış olmur.
Ətraflı APA TV-nin videomaterialında: