Bakıda kafedə yanğın oldu
22 yanvar 2023 13:24 (UTC +04:00)

Bakıda kafedə yanğın oldu

Xətai rayonunda kafedə yanğın olub.

APA xəbər verir ki, hadisə Lütfi Zadə küçəsində yerləşən “ Narzan” kafesində qeydə alınıb.

Hadisə kafenin tüstü bacasında yağ qalıqlarının yanması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

# 2259
avatar

Oxşar yazılar