Sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 38 yaşlı İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 36 yaşlı Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
***
04:08
Sumqayıtda qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
34 yaşlı Yeganə Atakişiyeva həyat yoldaşı İlkin Atakişiyev tərəfindən öldürülüb.
İlkin Atakişiyevin daha sonra özünü öldürdüyü bildirilir.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəmnində baş verib.
Əraziyə polis və prokurorluq əməkdaşlarə cəlb edilib.