Tramp "TikTok"un bloklanmasını təxirə saldı
17 sentyabr 2025 05:41 (UTC +04:00)

Tramp "TikTok"un bloklanmasını təxirə saldı

0

ABŞ prezidenti Donald Tramp Çinə məxsus "TikTok" tətbiqinə qarşı mümkün qadağanın müddətini uzadıb.

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş Trampın sərəncamında qeyd olunur.

Qadağanın icrası 16 dekabra qədər təxirə salınıb.

Sənəddə federal qurumlara göstəriş verilir ki, "TikTok"un Çinə bağlılığı səbəbindən milli təhlükəsizlik üçün təhdid hesab olunmasına baxmayaraq, hazırda heç bir tədbir görülməsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar