Bakıda küçədən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.
64 yaşlı Kobozov Aleksandr Mixailoviçin meyiti küçədə aşkarlanıb. Məlumata görə, o, tüfeyli həyat tərzi keçirirmiş. Mərhumun küçədə qəfil yıxılaraq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.