Bakıda kürəkənini   bizlə öldürən qayınatanın  məhkəməsi BAŞLADI
18 noyabr 2025 15:10 (UTC +04:00)

Bakıda kürəkənini bizlə öldürən qayınatanın məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmədə ilk olaraq təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib, barışıq ehtimalının olub-olmaması soruşulub. Zərərçəkənin hüquqi varisi Raya Quliyeva barışıqdan söhbət belə gedə bilməyəcəyini deyib:

"Balamın qanını tökənlərin ən ağır cəza almasını istəyirəm".

Təqsirləndirilən Nuranə Məhərrəmova vəsatət verərək, Ədil Məhərrəmovun cəsədinin yenidən açılıb ekspertizadan keçirilməsini, zərərçəkənin hüquqi varisi Raya Quliyevanın telefonunundakı danışıq səslərinin istintaqa əlavə olunması və hadisə baş verən gün ərazidəki videokameralara baxışı keçirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını təklif edib.

Qısa sürən müşavirədən sonra məhkəmə vəsatətlərə baxılmanın hazırkı mərhələdə məqbul sayılmadığını deyərək növbəti prosesin 10 dekabr saat 10:00-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, bu il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmov Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində öldürülüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. İş üzrə mərhumun qayınatası Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar