Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonu, Osmanlı kəndində baş verib.
Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.
7 şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.