Bakıda kuryoz OLAY: bankdan götürdüyü  pulu köhnə dostu oğurladı
21 noyabr 2026 12:33 (UTC +04:00)

Bakıda kuryoz OLAY: bankdan götürdüyü pulu köhnə dostu oğurladı

0

Bakının Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirib, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.

Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar