Bakıda qadın müdiri  siçanla   şantaj etdi
16 iyul 2021 12:36 (UTC +04:00)

Bakıda qadın müdiri siçanla şantaj etdi

Səbail rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramazanov iyulun 14-də bir qadının zəng edərək onun müdiri olduğu marketdə çəkdiyi siçovulu sosial şəbəkədə yayacağı ilə hədələyib 300 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Lənkəran rayon sakini S.Tağızadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 3300
avatar

Mehman Nəbiyev

Oxşar yazılar