Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
08 iyul 2025 12:25 (UTC +04:00)

Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı 32 yaşlı Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar