Lisandro Martines kubok mərasimindəki qalmaqala  aydınlıq gətirdi
28 iyul 2026 23:25 (UTC +04:00)

Lisandro Martines kubok mərasimindəki qalmaqala aydınlıq gətirdi

0

Argentinalı müdafiəçi Lisandro Martines 2026-cı il dünya çempionatının finalından sonra İspaniya millisinə kubok təqdim edilərkən komandasının arxasını çevirməsinin səbəbini izah edib.

Lent.az "Ole" nəşrinə istinadən xəbər verir ki, o, həmçinin Argentina millisinin ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina millisi İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.

"Məndə qarışıq hisslər var. Bu məni qıcıqlandırır, çünki bu nifrət tamamilə əsassızdır. Komanda yoldaşlarımın meydanda necə mübarizə apardığını, azarkeşlərimizin bizi necə dəstəklədiyini görürəm. Elə bilirik ki, öz evimizdə oynayırıq. Bizi təkəbbürlü adlandırırlar, amma bunu deyənlər, məncə, özləri haqqında bizim haqqımızda dediklərindən daha çox şey söyləyirlər. Biz həmişə rəqiblərimizə böyük hörmətlə yanaşmışıq.

Biz bütün ispan futbolçuları və məşqçilər heyəti ilə görüşüb salamlaşdıq. Əgər kiməsə elə gəlibsə ki, onlara arxa çevirmişik, bunun səbəbi bizi dəstəkləyən azarkeşlərimizə tərəf dönməyimiz idi. Bu, həm də onlara göstərdiyimiz hörmətin ifadəsi idi", - deyə Martines komandasının ünvanına səsləndirilən ittihamlarla bağlı narahatlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar