Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Mircəlal küçəsində baş verib.
88 yaşlı Sona Ağa qızı Qafarovanın meyiti yaşadığı evin hamam otağında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.