Bakıda sex yandı
19 yanvar 2023 23:05 (UTC +04:00)

Bakıda sex yandı

Bakı şəhərində sexdə yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

"Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

# 1875
avatar

Oxşar yazılar