Bakıda silsilə oğurluqlar edən KAMERALARA DÜŞDÜ
11 sentyabr 2026 11:13 (UTC +04:00)

Bakıda silsilə oğurluqlar edən KAMERALARA DÜŞDÜ

0

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 46 yaşlı Elbrus Əhmədov saxlanılıb.

Lent.az-ın xəbərinə görə, araşdırmalar zamanı müəyyən olunub ki, o, Zığ qəsəbəsində yerləşən marketlərdən birindən pul vəsaiti, tütün məmulatları, lotereya biletləri, eləcə də bir nəfərə məxsus evin zirzəmisindən 8 min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar