Onlayn dərs  keçirilən məktəblərin sayı artdı
11 sentyabr 2026 10:44 (UTC +04:00)

Onlayn dərs keçirilən məktəblərin sayı artdı

0

"Ötən tədris ilində 8 müəssisədə hibrid təhsil modeli tətbiq edilib".

Lent.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O qeyd edib ki, bu model nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı ən yüksək səviyyədə həyata keçirilib:

"Bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərdə yüksək nəticələri ilə seçilən müəllimlər distant təhsil vasitəsilə həmin məktəblərdə onlayn formada tədrisə cəlb edilir. Yeni tədris ilindən etibarən bu məktəblərin sayı da 48-ə çatdırılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar