Bakıda skuter qəzaları kəskin ARTIB - 54 nəfər...
29 sentyabr 2022 18:47 (UTC +04:00)

Bakıda skuter qəzaları kəskin ARTIB - 54 nəfər...

Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. 

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib. 

KTM-in Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, motosiklet, moped və skuter qəzalarının sayı hər ay daha da artır:

“Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur. Əksəriyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil”.

# 1302
avatar

Fidan İlqar

Oxşar yazılar

İmişlidə qəza: Piyada xəstəxanada  öldü

İmişlidə qəza: Piyada xəstəxanada öldü

7 dekabr 2022 , 00:45
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

6 dekabr 2022 , 22:40
FHN Bakıdakı bu mağazanın  fəaliyyətini dayandırdı   - SƏBƏB

FHN Bakıdakı bu mağazanın fəaliyyətini dayandırdı - SƏBƏB

6 dekabr 2022 , 19:32
İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı:  Özünü görün harada asdı?

İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı: Özünü görün harada asdı?

6 dekabr 2022 , 19:27
Türkiyə parlamentində DAVA:  Yaralanan var  - VİDEO

Türkiyə parlamentində DAVA: Yaralanan var - VİDEO

6 dekabr 2022 , 19:18
Bakıda gəlinə hədə-qorxu gəlib  ZORLADILAR

Bakıda gəlinə hədə-qorxu gəlib ZORLADILAR

6 dekabr 2022 , 18:29
DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB

DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

6 dekabr 2022 , 18:15
DSX-nın binasındakı yanğında 14 nəfər ZƏHƏRLƏNİB  - VİDEO

DSX-nın binasındakı yanğında 14 nəfər ZƏHƏRLƏNİB - VİDEO

6 dekabr 2022 , 18:04