Bakıda tələbə yoxa çıxdı - HAMI ONU AXTARIR
03 fevral 2026 22:11 (UTC +04:00)

Bakıda tələbə yoxa çıxdı - HAMI ONU AXTARIR

0

Bakıda tələbə itkin düşüb.

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, 19 yaşlı Abidinov Vasif Elnur oğlundan iki gündür xəbər yoxdur. 

Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi olan Vasif tətili Bakıda keçirmək üçün əmisigilə qonaq gəlib. 

O, iki gün əvvəl Günəşli parkında görünüb. Ondan sonra Vasifdən xəbər yoxdur. 

Hadisə ilə bağlı polisə məlumat verilib. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, 19 yaşlı şəxs barəsində axtarış elan edilib. 

Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Nəticəsi barədə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1840

Oxşar yazılar