Epşteyn adasından sağ çıxan qadından  dəhşətli AÇIQLAMA
03 fevral 2026 17:27 (UTC +04:00)

Epşteyn adasından sağ çıxan qadından dəhşətli AÇIQLAMA

0

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn qalmaqalı ilə bağlı təxminən 3000 yeni fayl yayımlayıb. Epşteyn adasından sağ çıxan bir qadın açıqlamasında uşaqlıqda sistematik şəkildə cinsi istismara məruz qaldığını təsvir edib və bunları genişmiqyaslı insan alveri şəbəkəsinin təşkil etdiyini bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, dünyanın diqqətlə izlədiyi Epşteyn qalmaqalında ABŞ Ədliyyə Nazirliyi təxminən 3000 yeni faylı internetdə əlçatan edib. 2019-cu ildə həbsxanada intihar edən pedofil Ceffri Epşteyn və onun əlaqələri ilə bağlı istintaqda yeni adlar ortaya çıxır.

"Hər gün təcavüz edilirdim”

Hadisənin nəticələri davam etdikcə, Epşteyn adasından sağ çıxan bir qadının verdiyi müsahibə faciəni ortaya çıxarıb. İfadəsinə "Hər gün təcavüzə məruz qalırdım" deməklə başlayan və o vaxt uşaq olduğunu bildirən qadın davam edib: "Bəzən bu, üç dəfə baş verirdi. Məni zorla Epşteynin otağına sürükləyib təcavüzə uğradırdılar. Son 17 ili ədaləti bərpa etməyə çalışmışam. Həyatımı yenidən yoluna qoymağa çalışdım, amma bacarmadım. Əgər FTB və dövlət qurumları 1996-cı ildə Maria Farmeri dinləsəydilər, təcavüzə məruz qalmazdım. Bu, yüzlərlə uşağı və minlərlə qadını əhatə edən insan alveri şəbəkəsi idi".

Epstein Adası'ndan kurtulan kadının anlattıkları kan dondurdu

Ceffri Epşteyn işi

18 yaşından kiçik, ən kiçiyi 14 yaşında olan onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 2019-cu il avqustun 10-da Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Açıqlanan Epşteynin işi sənədlərində şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovits və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakının ört-basdır edilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyi qənaətinə gəldiklərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar