Otaqdakı hansı əşya ən bahalı olmalıdır?
03 fevral 2026 15:15 (UTC +04:00)

Otaqdakı hansı əşya ən bahalı olmalıdır?

0

Bəzən insan dəbli mebel, bahalı pərdələr, trend aksessuarlar alır, amma otaq yenə də ucuz təsir bağışlayır. Dizaynerlər əmindir: səbəb pulun düzgün yerə xərclənməməsidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər bir interyerdə otağın ümumi səviyyəsini müəyyən edən bir əsas detal var. Məhz o detal ən bahalı olmalıdır. 

Söhbət işıqlandırmadan gedir. Çilçıraq, torşer və ya divar lampası atmosferi mebel və dekordan daha güclü şəkildə formalaşdırır. Dizaynerlər izah edirlər ki, gözün ilk “oxuduğu” məhz işıqdır. O, məkanın dərinliyini, həcmini və ovqatını müəyyənləşdirir. Hətta ən bahalı mebel belə zəif işıqlandırma altında pis görünür. Kölgələr formaları təhrif edir, solğun işıq isə otağı düz və cansız göstərir.

Keyfiyyətli işıqlandırma elementi memarlıq akseti kimi işləyir. O, məkanı bir araya gətirir və interyeri bütöv göstərir. Mütəxəssislər vurğulayırlar ki, işıqlandırma sadəcə lampadan ibarət deyil. Bu, keyfiyyət hissini yaradan bir alətdir. Ucuz işıqlandırma dərhal özünü büruzə verir.

Kompozisiyanı pozur və interyeri ucuzlaşdırır. Düzgün seçilmiş işıqlandırma isə əksinə, otağın səviyyəsini yüksəldir. Hətta sadə mebel belə daha bahalı görünməyə başlayır. Dizaynerlər təbii materiallardan hazırlanmış işıqlandırma vasitələrinə üstünlük verməyi məsləhət görürlər. Metal, şüşə və keramika daha uzunömürlüdür və daha nəcib təsir bağışlayır.

İşığın temperaturunu da nəzərə almaq vacibdir. İsti ton otağı daha rahat və səmimi edir, soyuq ton isə daha ciddi ab-hava yaradır. Bəzi mütəxəssislər bir neçə işıq mənbəyindən istifadə etməyi tövsiyə edir. Bu, məkana dərinlik verir və interyeri canlı göstərir.

Amma əsas vurğu yenə də tək bir işıq elementində olmalıdır. Məhz o, ümumi tonu müəyyənləşdirir və kompozisiyanı birləşdirir. İşıqlandırmaya edilən investisiya hər zaman özünü doğruldur. O, mebel kimi tez köhnəlmir və illərlə xidmət edir. Və insan işıqlandırmanı dəyişən kimi otaq dərhal yenilənir. İnteryer artıq əlavə xərclər olmadan düşünülmüş və bahalı təsir bağışlayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar