Gəncədə minik maşını ağaca çırpıldı,  yaralanan var
03 fevral 2026 21:25 (UTC +04:00)

Gəncədə minik maşını ağaca çırpıldı, yaralanan var

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 26 yaşlı K. Suleymanov yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar