Bakıda xəstəlikdən bezən kişi özünü öldürdü
08 may 2024 09:46 (UTC +04:00)

Bakıda xəstəlikdən bezən kişi özünü öldürdü

Bakıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində baş verib. 73 yaşlı M. Məhərrəmov yaşadığı evin həyətində elektrik naqili ilə özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, M. Məhərrəmov uzun müddətdir xəstəlikdən əziyyət çəkir. Onun bu səbəbdən özünü öldürməsi ehtimal edilir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

# 2421
avatar

Mehman Nəbiyev

Oxşar yazılar