Balakəndə 2 maşın TOQQUŞDU:  ölən və yaralananlar var - YENİLƏNİB
15 dekabr 2025 19:05 (UTC +04:00)

Balakəndə 2 maşın TOQQUŞDU: ölən və yaralananlar var - YENİLƏNİB

1

Balakəndə baş verən qəzada bir nəfər ölüb.

Lent.az xəbər verir ki, “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə xəsartət alıblar.  

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

saat 18:06

Balakəndə yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində rayonun Talalar kəndi ərazisində qeydə alınıb.  

İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2860

Oxşar yazılar