Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, o, “Yeraz” adlı “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib.
Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.