Bəşir Süleymanlı ilə bağlı yeni məhkəmə QƏRARI
09 iyul 2025 12:26 (UTC +04:00)

Bəşir Süleymanlı ilə bağlı yeni məhkəmə QƏRARI

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Bəşir Süleymanlı barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar