Biləsuvar rayonunda qadın iş yerində ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 51 yaşlı İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.
İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.