İntensiv və  güclü leysan, qar   yağacaq - XƏBƏRDARLIQ
30 sentyabr 2026 18:24 (UTC +04:00)

İntensiv və güclü leysan, qar yağacaq - XƏBƏRDARLIQ

1

Oktyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayın 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 5-dək ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oktyabrın 2-3-də ölkənin bəzi yerlərində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 356

Oxşar yazılar