Biləsuvarda kişi yaşadığı ünvanda ölü halda tapılıb.
Lent.az xəbər verir ki, hadisə Zəhmətabad kəndində baş verib. Ailə üzvləri 37 yaşlı Əmirov Elvin İsrafil oğlunun meyitini yaşadığı evin həyətindəki yardımçı tikilidə aşkar ediblər. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.