Biznesmen Nəriman Ömərov  özünü polis şöbəsinin binasından atdı
18 dekabr 2025 14:19 (UTC +04:00)

Biznesmen Nəriman Ömərov özünü polis şöbəsinin binasından atdı

0

Rusiyada saxlanılan biznesmen özünü polis şöbəsinin binasından atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında paytaxt Moskvada Danilovski DİN şöbəsində baş verib.

Ölkə prezidentinin əmisi nəvəsi Roman Putinin silahdaşı və özünü N-Banking kriptovalyutasının qurucusu adlandıran Nəriman Ömərov pəncərədən yıxılıb.

Hadisə üçüncü mərtəbədən baş verib. Bu zaman Ömərov əməliyyatçılarla birlikdə otaqda olub. Hadisənin intihara cəhd olması, qaçmağa cəhd edərkən baş verməsi, yoxsa onun pəncərədən atılması səbəbindən baş verdiyi hələlik bəlli deyil. Zərərçəkən ağır vəziyyətdədir və hələlik ifadə verə bilmir.

Özünü “Dağıstanlı İlon Mask” adlandıran Ömərov dələduzluq faktı üzrə yoxlama çərçivəsində polis şöbəsinə gətirilib. Məlumata görə, polis əməkdaşları hadisənin qaçmağa cəhd olduğunu bildirirlər.

İddialara görə, gecə yarısı cinayət-axtarış şöbəsində böyük sıxlıq olub: xüsusi xidmət orqanları tədbirlər keçirib və şöbəyə təxminən 50 əcnəbi gətirilib. Nəriman Ömərov isə izdihamda gizlənərək mətbəxə keçib, orada metal barmaqlığı qoparıb və pəncərədən tullanıb. Nəticədə üçüncü mərtəbədən yıxılaraq müxtəlif sınıqlarla xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar