Bu dəfə karantində oyun zalı işlətdilər
06 yanvar 2021 13:33 (UTC +04:00)

Bu dəfə karantində oyun zalı işlətdilər

Qaxda karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektə baxış keçirilən zaman obyekt sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Onlar Polis Şöbəsinə dəvət olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

# 1080
avatar

Mehman Nəbiyev

Oxşar yazılar