Şəmkirdə qadının abort zamanı  ölümü ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB
21 noyabr 2026 13:35 (UTC +04:00)

Şəmkirdə qadının abort zamanı ölümü ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB

0

Şəmkirdə qadının abort zamanı ölümü ilə bağlı təfərrüat məlum olub.

Lent.az-ın xəbərinə görə, rayon sakini olan 35 yaşlı Yeganə Fidayət qızı Əhmədova əvvəlcə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən "Şans" klinikasına müraciət edib. Burada onun halı pisləşib və təcili tədbir görülməsi üçün Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin yolda olarkən qadın qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

00:37

Şəmkirdə qadın abort zamanı ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zaman qəfil halı pisləşib.

Qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.

Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1434

Oxşar yazılar